Eltac Səfərli seans keçirəcək
Şahmat üzrə Azərbaycan yığma komandasının üzvu Eltac Səfərli xüsusi karantin günlərində onlayn seans keçirəcək.

Azsport.az saytı xəbər verir ki, Eltac Səfərlinin şəxsi təşəbbüsü və chess.az saytının təşkilatçılığı ilə, aprelin 20-də saat 15:00-da Lichess.org şahmat platforması üzərindən onlayn seans keçiriləcək. Seansda qeydiyyatdan keçmiş ilk 20 şahmatçı iştirak edəcək.

Xəbər 588 dəfə oxundu.