Belçikada avqustun 31-inə qədər idman tədbirləri dayandırılıb
Avropada koronavirus pandemiyası tədricən səngiyir. Bəzi ölkələrdə karantinə ciddi riayət etmək tələblərinin zəiflədilməsi idman fəallığının dirçələcəyinə ümid verir.

Gözlənildiyinə gərə, Formula 1 mövsümü iyulda Silverstoun yürüşü ilə başlaya bilər. Əvvəlcə tribunaların boş olub-olmayacağını demək çətindir, amma sonra tədricən işlər düzələcək.

Belçikanın hakimiyyət orqanlarının avqustun 31-inə qədər bütün böyük mədəni və idman tədbirlərinin keçirilməsini dayandırmaq haqda qərarı bir qədər tərəddüdə səbəb olub, çünki Formula 1 üzrə Belçika Qran-prisi avqustun 30-da keçirilməli idi.
Görünür, bu qərar dünya çempionatının təşkilatçıları üçün əlavə başağrısı olacaq.

Xəbər 649 dəfə oxundu.