Almaniyada ATP kateqoriyalı tennis turniri təxirə salınacaq
İyulda Almaniyanın Hamburq şəhərində keçirilməsi nəzərdə tutulan ATP (Peşəkar Tennisçilər Assosiasiyası) kateqoriyalı turnir təxirə salınacaq.

Təşkilatçılar bu qərarı ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə qəbul edəcəklər.
Almaniya hökuməti yayın sonunadək bütün idman yarışlarının keçirilməsini ləğv edib.

Qeyd edək ki, bir neçə gün əvvəl avqustda Kanadada keçiriləcək WTA (Qadın Tennisçilər Assosiasiyası) kateqoriyalı yarış da təxirə salınıb.

Xəbər 768 dəfə oxundu.