“London-2017” marafonunun qalibi müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb
“London-2017” marafonunun qalibi Daniel Vanciru müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

Bu addım kenyalı atletin antidopinq qaydalarını pozduğu üçün atılıb. Həmçinin 27 yaşlı idmançıya qarşı ittiham da irəli sürülüb.

Qeyd edək ki, atlet 2016-cı ildə Amsterdamda təşkil olunan marafonda da birinci olub.


Xəbər 615 dəfə oxundu.