Yoxlama matçı sülhlə bitib
“Bakı” mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək komanda hazırlığın ilk mərhələsini AzAL-la matçla başa vurub.

Rəqibin Şüvəlandakı stadionunda keçirilən oyun qolsuz bərabərliklə nəticələnib. Qeyd edək ki, “Bakı” sabah Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

Xəbər 1085 dəfə oxundu.