Şeyn Larkin “Anadolu Efes” komandası ilə müqaviləsini yeniləyəcək
Şeyn Larkin Türkiyənin “Anadolu Efes” komandası ilə müqavilə müddətini yeniləməklə bağlı razılığa gəlib.

Basketbolçu İstanbul klubunda daha 2 il çıxış edəcək. Amma MBA klublarından təklif alacağı halda, amerikalı basketbolçu vətəninə azad agent statusu ilə qayıda bilər.

Xatırladaq ki, müdafiəçi Avroliqa dayandırılanda yarışın ən məhsuldar oyunçusu idi. Ötən mövsüm məhz onun liderliyi sayəsində “Anadolu Efes” Avroliqanın finalına yüksələ bilmişdi.

AZƏRTAC

Xəbər 670 dəfə oxundu.