Formula 1 sahibləri təqvimin müxtəlif variantları üzərində çalışırlar
Formula 1 sahibləri 2020-ci il mövsümündə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətdən asılı olaraq istifadə olunacaq yeni təqvimin bir neçə variantını hazırlayırlar. Bəzi ölkələrdə pandemiya azalmağa başladığına görə məhdudiyyətlər tədricən aradan qaldırılacaq, bu da yayda mövsümə başlamağa imkan verəcək. Bəlkə də ilk yürüşlər tamaşaçısız keçiriləcək.

Təqvimin müxtəlif variantları minimal zəruri səkkiz yürüşdən tutmuş 20-yədək müxtəlif sayda yürüş nəzərdə tutur. İkinci rəqəmi Formula 1-in idman direktoru Ross Braun səsləndirib. Ən xoşagəlməz ssenari də mümkündür. Bu zaman mövsümü ləğv etmək lazım gələcək. Bununla belə, indi bu variantı heç kim nəzərdən keçirmək istəmir.

2020-ci il təqviminin əvvəlki versiyasından yalnız bir mərhələ yalnız nəzərdə tutulan tarixdə keçirilə bilər. Sinqapur Qran-Prisi ya sentyabrın 20-də keçirilməli, ya da ləğv edilməlidir. Çünki şəhər trasında mərhələ uzun sürən hazırlıq işləri tələb edir.

Qalan mərhələlərin müddətləri təqvimin müxtəlif versiyalarında müxtəlifdir və bu da çevik hərəkət etməyə şərait yaradır.
Təqvimin ən ağlabatan variantı 15 Qran-Prini ehtiva edir. Yürüşlərin sayı bu qədər olarsa, kommersiya hüquqlarının sahibləri televiziya kontraktlarını yenidən nəzərdən keçirməli olmayacaqlar. Aydındır ki, mərhələlərin promoutorları ilə müqavilələr yürüş tarixlərinin dəyişməsi səbəbindən yenidən nəzərdən keçirilə bilər. Dünya çempionatının sahibləri tamaşaçısız Qran-Prilərdə trasları icarəyə götürməklə, özləri promouter rolunda çıxış edəcəklər.

Gözlənildiyinə görə, mövsümə iyulda dalbadal iki yürüşlə iyulda start veriləcək: Avstriyada, habelə Böyük Britaniya və ya Fransada. Traslar vəziyyətdən asılı olaraq seçiləcək. Avqustda üç yürüş keçiriləcək. İddiaçılar sırasında Macarıstan, Niderland, Belçika, İtaliya, yaxud başqa vaxta keçirilmiş mərhələlər sırasından başqa Avropa trasları var. Zandfort tamaşaçısız yürüş keçirməkdən qətiyyətlə imtina etdiyinə görə bu mərhələ sual altındadır.

Formula 1 silsilə Avropa Qran-Prilərindən sonra Asiyaya yollanacaq. Sentyabrda Sinqapur və Rusiya, oktyabrda Yaponiya, Çin və Vyetnam yürüşləri, noyabrda ABŞ, Meksika və Braziliya Qran-Priləri keçirilməlidir. Mövsüm dekabrda dalbadal iki yürüşlə - Bəhreyn və Əbu-Dabi yürüşləri ilə başa çatacaq.

Xəbər 656 dəfə oxundu.