Məktəbli şahmatçılar arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək
Aprelin 19-dan 26-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək.

Qran-Pri turnirində 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının qeyd olunan yaşadək şahmatçıları iştirak edə bilərlər.

Qran-pri yarışları 7 mərhələdən ibarətdir. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar isveçrə sistemi ilə keçirilir və 11 turdan ibarət olacaqdır. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız).

www.chess.com internet portalı üzərindən keçiriləcək turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış tərcübələrinin artırılması məqsədini daşıyır.


Xəbər 501 dəfə oxundu.