İtaliya futbol çempionatının yenidən bərpası ehtimalı azdır
“Pandemiya təhlükəsinə görə İtaliya futbol çempionatının davam etməsi ehtimalı azdır". ​

Azsport.az” saytı TASS agentliyinə istinadla xəbır verir ki, bu ​ sözləri ​ İtaliya səhiyyə nazirinin müavini Pierpaolo Sileri İtaliya mətbuatına müsahibəsində ​ söyləyib.

İtaliya çempionatı martın əvvəlində ölkədə koronavirusun yayılması səbəbindən dayandırılıb. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bundan əvvəl turnirin hipotetik olaraq mayın 17-də bərpa oluna biləcəyini bildirmişdi. O, bununla yanaşı, İtaliya çempionatının cari mövsümün sentyabr-oktyabr aylarında başa çatacağı variantını da istisna etməyib.
İtaliya çempionatında komandalar planlaşdırılan 38 oyundan 25-26-da oynayıblar. ​ "Yuventus" 26 oyundan sonra 63 xalla liderdir. İkinci yerdə Romanın "Lazio" komandası (26 oyundan sonra 62 xal), üçüncü yerdə Milan "İnter" (25 oyundan sonra 54 xal) komandasıdır. Həmçinin ​ İtaliya Kuboku oynanılmayıb, yarımfinal mərhələsində turnir dayandırılıb.

İtaliya koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən birinə çevrilib. Orada 20 mindən çox insan koronavirusdan həyatını itirib.

Xəbər 709 dəfə oxundu.