Lekler virtual yürüşdə də 2019-cu ildə Bakıda bolidi əzdiyi döngəyə çırpılıb
“Ferrari”nin pilotu Şarl Lekler özünün “Twitter” hesabında maraqlı post yerləşdirib. O, Azərbaycan Qran-Prisinin virtual yürüşünü keçirərək divara çırpılıb.

Leklerin məhz 2019-cu il Azərbaycan Qran-Prisi zamanı təsnifat oyunlarında bolidi vurduğu həmin döngədə hadisəni yenidən təkrarlaması nəticəsində həqiqətən məzəli vəziyyət yaranıb.
“Hətta virtual oyunda belə”, - deyə Lekler yazıb.

Müvafiq postu monakolu avtoyürüşçünün sosial şəbəkədəki hesabında görmək olar.

Xatırladaq ki, ötən mövsüm Şarl Lekler üçün “Ferrari”nin heyətində birinci olub. Mövsümün yekunlarına görə o, 264 xal toplaya bilib ki, bu da ona ümumi hesabda dördüncü yeri tutmaq imkanı verib. Lekler öz komanda yoldaşı Sebastian Fetteli qabaqlamağı bacarıb.

Formula 1 çempionatının hazırkı mövsümü koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.


Xəbər 636 dəfə oxundu.