Azərbaycan millisinin sabiq voleybolçusu daha bir il Braziliyada çıxış edəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova daha bir Braziliyada çıxış edəcək.

“Sesi Volley” komandasının şərəfini qoruyan hücumçu 428 xalla Braziliya çempionatının bombardiri olub. Klub rəhbərliyi P.Rəhimova ilə danışıqlar aparıb və voleybolçunun daha bir il “Sesi Volley”də çıxış etməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Polinanın komandası ölkə çempionatında dördüncü yeri tutub.

Xəbər 1010 dəfə oxundu.