Ağır atletika üzrə Avropa çempionatı ikinci dəfə təxirə salınıb
Ağır atletika üzrə Avropa çempionatı ikinci dəfə təxirə salınıb.

İyunun 13-21-də Moskvada keçirilməsi nəzərdə tutulan qitə birinciliyi koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta keçirilib.

Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov bildirib ki, Avropa Ağır Atletika Federasiyasının Baş katibinə çempionatın təxirə salınmalı olduğunu bildirdik. Çünki yarışa iki ay qalıb. Təbii ki, belə vəziyyətdə heç nə edə bilmərik. Mən çempionatın oktyabrda təşkil olunmasını təklif etmişəm.
Qeyd edək ki, əvvəlcədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-dək təxirə salınmışdı.


Xəbər 786 dəfə oxundu.