Klublararası dünya çempionatı 2022-ci ilin iyununda keçiriləcək
Klublararası dünya çempionatının 2022-ci ilin iyununda keçirilməsi qərara alınıb.

“Azsport.az” saytı xəbər verir ki, bu barədə TASS agentliyində məlumat verilib. Turnirin əvvəlcə Çində, 2021-ci ilin iyunun 17-dən iyulun 4-dək keçiriləcəyi planlaşdırılmışdı. Avropa çempionatının 2021-ci ilin yayına keçirilməsi səbəbindən turnir də təxirə salınıb.

Çempionat yeni formatda dörd ildən bir keçiriləcək, iştirakçıların sayı yeddi komandadan 24 komandaya qədər artmalıdır. Turnirin 2022-ci ildə keçirilməsinə baxmayaraq, növbəti yarış 2025-ci ildə təşkil ediləcək.

Klublararası dünya çempionatı 2000-ci ildən keçirilir. Yarışda altı qitə konfederasiyasının hər birinin ən güclü klubları və ev sahibliyi edən ölkənin ən yaxşı klubu iştirak edir. Turnirin hazırkı qalibi ingilis klubu “Liverpul"dur.

Xəbər 671 dəfə oxundu.