Sabiq basketbolçu Toni Parker “Lion” futbol klubunun prezidenti ola bilər
“San Antonio Spors”un və Fransa millisinin sabiq basketbolçusu Toni Parker “Lion” futbol klubunun prezidenti olmağa razılıq verib.

Dördqat MBA çempionunun bu postda Jan Mişel Olyanı əvəzləməsi gözlənilir.

T.Parker deyib: “Bu postun mənə həvalə edildiyi üçün qürur hissi keçirirəm. Özüm də yaxşı bilirəm ki, bu sahədə hələ çox şey öyrənməliyəm. Belə təklifdən imtina etməyə haqqım yoxdur”.

Ancaq Fransa mətbuatı Parkerin yalnız 2024-cü ildə bu vəzifəyə təyin oluna biləcəyini yazır. Həmin vaxtadək isə Jan Mişel “Lion”a rəhbərlik etmək istəyir.

AZƏRTAC

Xəbər 666 dəfə oxundu.