“Barselona”nın prezidentliyinə namizəd: Klub müflis ola bilər
İspaniyanın “Barselona” futbol klubunun prezidentliyinə namizəd Viktor Font Katalon komandanın cari vəziyyəti haqqında fikirlərini bölüşüb.

O, klubun Neymarın işinə görə qeyri-sabit vəziyyətdə olduğunu bildirib. Bundan başqa, futbolçular və klubun əməkdaşları arasında mübahisələr, sosial şəbəkələrin işi üzrə yoxlamalar mövcuddur. “Həmçinin buraya qeyri-sabit idman siyasətini, koronavirusla əlaqədar gəlirlərin xeyli azalmasını da əlavə etmək olar. Klub iqtisadi və mənəvi müflislik təhlükəsi ilə üz-üzədir. Oyun qurtarıb”, - deyə Viktor Font bildirib.

Qeyd edək ki, daha əvvəl “Barselona” klubunun İdarə Heyətinin 6 üzvü vəzifəsini tərk edib. Funksionerlər koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələri və sosial şəbəkələrdə Lionel Messinin tənqid olunması barədə işlərlə əlaqədar istefa veriblər.

AZƏRTAC

Xəbər 585 dəfə oxundu.