Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarışın qalibləri müəyyənləşib
“The Race” portalının təşkilatçılığı ilə Formula 1 üzrə virtual “Əfsanələr yürüşü” adlı yarış keçirilib.

İki hissədən ibarət yarışın birincisi klassik formatda təşkil olunub. Yarışın qalibi 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton olub.

İkinci yarışda isə bolidlərin start düzülüşü ilk yürüşdən fərqli olaraq – geridən önə doğru olub. Bu yürüşdə isə sabiq Formula 1 pilotu Emmanuel Pirro birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə, avto idman yarışlarının təxirə salındığı bir vaxtda virtual yürüşlər azarkeşlər tərəfindən maraqla qarşılanır.

Xəbər 638 dəfə oxundu.