Teymur Rəcəbov onlayn turnirdə
Teymur Rəcəbov bu gün start götürəcək “Pepe Cuenca Invitational" onlayn şahmat turnirinə qatılır.

Azsport.az saytı xəbər verir ki, 8 şahmatçının 1/4 finaldan mübarizəyə başlayacağı turnirdə Teymurun ilk rəqibi ispaniyalı David Antondur. Cütlüyün qalibi növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler qarşılaşmasının qalibi ilə oynayacaq. Turnirdə həmçinin Pentala Harikrişna (Hindistan), Yan-Kriştof Duda (Polşa), Lenye Dominges (ABŞ) və Vladislav Artemyev iştirak edirlər.

Teymurun (2765) reytinq lideri olduğu turnirdə bütün iştirakçılar 2700-dən yuxarı reytinqə malikdirlər. Bütün 1/4 final qarşılaşmaları bu gün, yarımfinallar aprelin 15-də, final isə 17-də keçiriləcək.

Xəbər 569 dəfə oxundu.