Planetin ən güclü şahmatçıları kamera nəzarətində olacaqlar
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə 18 aprel-3 may aralığında keçiriləcək pandemiya dövrünün ən mötəbər onlayn şahmat turnirinin bütün iştirakçıları video-nəzarət altında olacaqlar.

Azsport.az saytı xəbər verir ki, onlayn-turnir şəraitində ədalətin, düzgünlüyün təmin edilməsi məqsədi ilə iştirakçıların otaqlarında əlavə kameralar quraşdırılacaq. Həmçinin hakimlər və təşkilatçılar oyun zamanı qrossmeysterlərin kompüterlərini də yoxlaya biləcəklər.

Xatırladaq ki, turnirdə Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ), Din Liren (Çin), Yan Nepomnyaşiy (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Niderland), Hikaru Nakamura (ABŞ) və FİDE bayrağı altında çıxış edən Əlirza Firuzca iştirak edəcəklər.

Xəbər 630 dəfə oxundu.