“Sky Sports” ödədiyi məbləği İngiltərə Premyer Liqasından geri tələb etməyəcək
Sky Sports” telekanalı yayım hüququ üçün İngiltərə Premyer Liqasına ödənilən məbləği geri tələb etməyəcək.

“Azsport.az” saytı TASS agentliyinə istinadla xəbər verir ki, İngiltərə Premyer Liqasına kanalın ödədiyi 371 milyon funt-sterlinq qaytarılmayacaq. Mövsüm keçirilməzsə tərəflər digər kompensasiya variantlarını nəzərdən keçirəcəklər.

Xüsusilə, güzəşt variantları arasında “Sky Sports” və liqa arasındakı müqavilənin 2022/23 mövsümünün sonuna qədər canlı yayımlanacaq matçların sayının artırılması da var.

Qeyd edək ki, İngiltərə çempionatı koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə dayandırılıb. Komandalar planlaşdırılan 38 oyundan cəmi 28-29-nu keçiriblər.

İngiltərə Səhiyyə Nazirliyinin 11 aprel tarixində yaydığı məlumatlara görə, ölkədə 79 min insanın koronavirusa yeni yoluxduğu təsdiqlənib. Ölənlərin sayı 10 minə yaxınlaşır.

B.Sabirqızı

Xəbər 782 dəfə oxundu.