“Tottenham” Harri Keyni “Mançester Yunayted”ə 200 milyon funt sterlinqə sata bilər
“Tottenham” klubunun sahibi Daniel Levi koronavirus pandemiyasına görə, yaranmış çətin maliyyə vəziyyəti ilə əlaqədar Harri Keyn ilə yollarını ayırmağa hazırdır.

“Azsport.az” saytı TASS agentliyinə istinadla xəbər verir ki, London futbol klubu hücumçu və komandanın kapitanı H. Keyni “Mançester Yunayted”ə 200 milyon funt sterlinqə sata bilər.
Qeyd olunur ki, hələ klub yeni bir stadionun inşası üçün də pul ödəməlidir.

Xatırladaq ki, 26 yaşlı H.Keyn 2011-ci ildən "Tottenham"ın oyunçusudur. O, ötən illər ərzində icarə əsasında “Leyton Orient”, “Millyoll”, “Norvıç” və “Lester”də çıxış edib. "Tottenham”ın heyətində iki dəfə İngiltərə çempionatının ən yaxşı bombardir oyunçusu olub və ötən mövsüm komanda ilə Çempionlar Liqasının finalına yüksəlib. O, 32 qol vurduğu İngiltərə yığmasında 45 oyun keçirib.

B.Sabirqızı

Xəbər 789 dəfə oxundu.