Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Yaponiyaya səfərini ləğv edib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mayda Yaponiyaya planlaşdırılan səfərini koronavirus pandemiyasına görə ləğv edib.

T.Bax səfər çərçivəsində “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq işlər ilə tanış olmalı idi. BOK rəsmisinin, həmçinin Xirosima şəhərində keçirilməli olan məşəl estafetində də iştirakı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, koronavirus pandemiyasına görə, “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.

Xəbər 635 dəfə oxundu.