Kanadada keçiriləcək WTA kateqoriyalı tennis turniri təxirə salınıb
Avqustun 7-16-da Kanadanın Monreal şəhərində keçirilməsi nəzərdə tutulan WTA (Qadın Tennisçilər Assosiasiyası) kateqoriyalı turnir təxirə salınıb.

Təşkilatçılar bu qərarı ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə qəbul ediblər.

Monreal səhərinin yerləşdiyi Kvebek əyalətinin rəhbərliyi avqustun 31-dək bütün idman yarışlarının keçirilməsini ləğv edib.

Qeyd edək ki, bir müddət əvvəl iyunun 14-də Kanadada keçirilməsi planlaşdırılan “Formula 1” yürüşü də qeyri-müəyyən vaxta təxirə salınıb.


Xəbər 669 dəfə oxundu.