"Barselona" və "Real" 18 milyon avro itirəcəklər
İspaniyanın futbol klubları "Barselona" və "Real" Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçiriləcək yoldaşlıq oyununun ləğvinə görə ciddi itki verəcəklər.

“Azsport.az” saytı TASS agentliyinə istinadla xəbər verir ki, klublar öz aralarında ikinci dəfə görüşməli idilər. İspaniya çempionatının liderlərinin hər birinin 18 milyon avro itirəcəyi vurğulanıb. Yoldaşlıq turnirinin ləğv edilməsi qərarı şənbə günü koronavirus pandemiyası ilə əlaqədar verilib.

Beynəlxalq Çempionlar Kuboku 2013-cü ildən bəri keçirilir. Matçlara Şimali Amerika, Asiya, Avstraliya və Avropa ölkələri ev sahibliyi edir. Turnirdə Avropanın ən güclü klubları iştirak edir.

B.Sabirqızı

Xəbər 678 dəfə oxundu.