İspaniya basketbolçuları koronavirusla mübarizə məqsədilə qızıl medallarını hərraca çıxarıblar
İspaniya millisinin basketbolçuları Xaviyer Beyran və Marta Sarqay dünya və Avropa çempionatlarında qazandıqları qızıl medalları hərraca çıxarıblar.

Hərracdan əldə edilən gəlir Qırmızı Xaç Komitəsinin hesabına köçürüləcək. Basketbolçular pandemiya ilə mübarizə məqsədilə belə bir addım atmağı qərara alıblar.

Kişi basketbolçulardan ibarət İspaniya millisinin müdafiəçisi Beyran indiki ağır məqamda hamının həkimlərə borclu olduqlarını söyləyib. O, həmçinin koronavirusa yoluxanların sağalması üçün maddi yardımın ayrılmasının zəruriliyindən danışıb.


Xəbər 686 dəfə oxundu.