Onlayn blits turnirdə Azərbaycanı 3 şahmatçı təmsil edəcək
Ötən həftə Fransada “C`Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə baş tutan onlayn blits turnir böyük marağa səbəb olub.

Karantin günlərində vaxtlarını evdə keçirən şahmatçıların onlayn yarışlara böyük maraq göstərdiklərini nəzərə alan təşkilatçılar bu həftə də belə bir turnir təşkil etmək qərarına gəliblər. Turnir aprelin 11-də start götürəcək.

Yarışda ölkəmizi qrossmeysterlərimiz Rauf Məmmədov, Qədir Hüseynov və Namiq Quliyev təmsil edəcəklər.
Qeyd edək ki, turnirin mükafat fondu 1200 avrodur.


Xəbər 550 dəfə oxundu.