Aerobika gimnastikası üzrə dünya çempionatı gələn il Bakıda təşkil olunacaq
Mayın 14-16-da Bakıda keçirilməli olan və koronavirus pandemiyasına görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatının vaxtı müəyyənləşib.

Çempionatın vaxtı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi videokonfransı zamanı dəqiqləşib.

Qurum çempionatın 2021-ci ildə keçirilməsinə qərar verib. Həmin il ölkəmizdə batut gimnastikası üzrə dünya çempionatı da təşkil olunacaq.

Xəbər 694 dəfə oxundu.