UFC 249 turniri koronavirus pandemiyası səbəbindən ləğv edilib
Mütləq Döyüş Çempionatının (UFC) “UFC-249” turniri çərçivəsində keçiriləcək döyüşü koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Bu barədə qurumun rəhbəri Dana Uayt məlumat verib.

Qeyd edək ki, yüngül çəkidə çempionluq kəməri uğrunda turnirin aprelin 18-də əvvəlcə rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasında keçirilməsi planlaşdırılmışdı. H. Nurməhəmmədov karantin vəziyyətinə görə ölkəni tərk edə bilmədiyi üçün turnirdən imtina etmişdi. Daha sonra onu amerikalı Castin Qetjinin əvəz edəcəyi bildirilmişdi.

AZƏRTAC

Xəbər 606 dəfə oxundu.