“Qəbələ”nin futbolçuları 29 dəfə rəmzi komandada yer alıblar
Koronavirus pandemiyası səbəbindən 20-ci turdan dayandırılan futbol üzrə Azərbaycan Premyer Liqasının arxada qalan hissəsində “Qəbələ”nin futbolçuları ən yaxşılar sırasında yer alıblar.

Azsport.az kluba istinadla xəbər verir ki, mövsümdə 5 dəfə turun oyunçusu adına “Qəbələ”nin üzvü layiq görülüb. Bu adı fərqli oyunçular qazanıblar. Bunlardan üçü II, ikisi III dövrəyə təsadüf edib. Ən yaxşı adına bir dəfə yerli, dörd dəfə legioner layiq görülüb. XIX turda klubun yetirməsi olan Qismət Alıyev bu ada yiyələnib. Davit Volkov (X tur), Merab Qiqauri (XI tur), Fernan Lopez (XIII tur) və Nikolas Raysel (XX tur) də hərəyə bir dəfə fərqləniblər.
“Qəbələ”nin futbolçuları mövsümdə 29 dəfə “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşən turun rəmzi yığmasında yer alıb. Üç oyunçu daha çox fərqlənib. Bunlar xorvatiyalı İvitsa Juniç (XIII, XVI, XIX, XX), gürcülər Merab Qiqauri (V, VII, XI, XIII) və Davit Volkovdur (IX, X, XI, XIII). Onlar hərəyə 4 dəfə rəmzi komandaya daxil ediliblər. Üç futbolçu isə mövsümdə 3 dəfə “11-lik”də qərarlaşıb. Anar Nəzirov XI, XIII və XX, Fernan Lopez X, XI, XIII, Qismət Alıyev X, XI və XIX turlarda ən yaxşılar sırasında olublar. Klesio Bauk (VII, XIII) bunu 2 dəfə bacarıb. Ümumilikdə, mövsüm ərzində klubun 13 oyunçusu rəmzi komandaya düşüb. Hərəyə bir dəfə “11-liy”ə daxil edilənlər isə Roman Hüseynov, Ülvi İsgəndərov və Yusif Nəbiyev, Rövlan Muradov, Amin Seydiyev və Nikolas Rayseldir.


Xəbər 502 dəfə oxundu.