Şahmatçımıza filippindən dəvət gəlib
Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov karantin günlərində Azərbaycan şahmatsevərləri ilə iki onlayn seansı keçirdi. İndi də onu filippinli şahmatçı uşaqlar gözləyir.

Azsport.az saytı xəbər verir ki, “United Queens Chess Club" Raufu filippinli uşaqlarla onlayn seansa dəvət edib. Aprelin 13-də keçiriləcək seansın 20-yə yaxın iştirakçısı olacaq.

“United Queens Chess Club" öz feysbuk səhifəsində seansı anons edərkən şahmatçımız barədə bu məlumatı da yerləşdirib:

Azərbaycan 10 ən yaxşı şahmatçısının orta 2652 reytinqi ilə dünyanın 7-ci ən güclü ölkəsidir. Ölkələrində 26 qrossmeyster, 32 beynəlxalq usta, cəmi 159 titullu şahmatçı var. Biz fəxr edirik ki, “United Queens Chess Club"ı bu ölkənin 5-ci güclü şahmatçısı dəstəklədi. Qonağımız 2004-cü ildə 16 yaşlılar arasında Avropa gənclər şahmat çempionatında qələbəsindən sonra qrossmeyster adını alıb. O, 2009, 2013 və 2017-ci illərdə 3 dəfə Avropa çempionu olan Azərbaycan yığma komandasının bir üzvü olub. Həmin komanda turnirində ən yaxşı oyunçu olub. Şahmat karyerasında uğurlarını artıraraq 2015-ci ildə Avropanın blits üzrə çempionu olub. 2020-ci ildə son “Aeroflot Open”də 1-4-cü yerləri bölüşüb. 2700-dən yuxarı reytinqə malik elit qrossmeysterlər sırasına daxil olaraq özünün ən yüksək reytinqini 2709-a çatdırıb.


Xəbər 644 dəfə oxundu.