Rauf Məmmədov ikinci onlayn seansı da başa vurdu
Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov bu gün onlayn seansının ikincisini keçirib.

Azsport.az xəbər verir ki, aprelin 8-də 22 lövhədə oynayan Rauf, bu dəfə 28 rəqiblə qarşlaşıb. Rauf Məmmədov partiyaların 22-də qələbə qazanıb, 2-ni heç-heçə başa vurub və 4-də məğlub olub. Ümumiyyətlə, 2 günün 50 partiyasının nəticəsi belə olub: +42 =3 – 5.

Rauf Məmmədov şahmatsevərlərə bundan sonra da onlayn seanslar hədiyyə edəcəyini bildirib.

Xəbər 525 dəfə oxundu.