Stend atıcılığı üzrə dünya çempionatı təxirə salınıb
Fransada keçirilməli olan stend atıcılığı üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Bu barədə Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) mətbuat xidməti məlumat yayıb.

Yarış iyunun 9-19-da Şatoru şəhərində keçirilməli idi. Turnirin 2021-ci ildə təşkil olunması qərara alınıb.

Xəbər 748 dəfə oxundu.