Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Fevralda açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yığmaları yer alıb.

Xəbər 541 dəfə oxundu.