Uşaq paralimpiyaçılara dəstək üçün “Valideyn klubu” yaradıldı
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) uşaq paralimpiyaçıları ilə əlaqələrin möhkəmləndirilməsi, uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək və uşaq paralimpiya hərəkatında valideynlərin daha yaxından iştirak etməsini təmin etmək məqsədilə valideynlərdən ibarət “Valideyn klubu”nun yaradılması qərara alınıb.

Azsport.az saytı xəbər verir ki, bu məqsədlə valideynlərin iştirakı ilə sosial şəbəkə üzərindən onlayn iclas keçirilib. AMPK-nın prezidenti İlqar Rəhimov çıxış edərək valideynlərin uşaq paralimpiya hərəkatının inkişafında daha yaxından iştirak etmələrini vacib olduğunu vurğulayıb.

İclasda “Valideyn klubu”nun reqlamentinin hazırlanması, mütəmadi görüşlərin və birgə tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. AMPK-nın əməkdaşı Ülkər Əlizadə klubun koordinatoru təyin edilib.

Hər idman növündən 2 və ya 3 valideynin daxil olduğu klubun fəaliyyəti uşaqların asudə vaxtlarının, hər növ sosial tədbirlərin və idman yarışlarının təşkilindən ibarət olacaq.

Xəbər 716 dəfə oxundu.