Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə dünya kuboku yarışları ləğv olunub
Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə dünya kuboku yarışları ləğv olunub.

Bu barədə Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) rəsmi saytı məlumat yayıb.

ISSF koronavirus pandemiyası səbəbindən Bakıdakı yarışla yanaşı, Hindistanın Yeni Dehli şəhərindəki iki dünya kubokunu da ləğv edib.

Qeyd edək ki, Bakıdakı yarışın iyunun 22-dən iyulun 3-dək keçirilməsi nəzərdə tutulmuşdu.


Xəbər 770 dəfə oxundu.