Rauf Məmmədovun ilk onlayn seansı başa çatdı
Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədovun birinci onlayn seansı başa çatıb.

Azsport.az xəbər verir ki, xüsusi karantin günlərində şahmatsevərlərə gözəl sürpriz edən qrossmeysterimiz, ilk seansda 22 şahmatçıya qarşı mübarizə aparıb. Rauf Məmmədov bu oyunlardan 20-də qalib gəlib, bir oyunda heç-heçə edib, bir oyunda isə məğlub olub. İkinci seansın başlanması sabah - aprelin 9-da saat 14:00-a nəzərdə tutulub. Bu seansda maksimum 28 şahmatçı iştirak edə biləcək.


Xəbər 535 dəfə oxundu.