Assaidi İstanbuldan əliboş döndü
«Qalatasaray»ın transfer danışıqları üçün İstanbula gətirdiyi «Heerenven»li futbolçu Ussama Assaidi hələlik heç bir nəticəyə varılmadan geriyə döndü. Mərakeşli futbolçu ilə görüşlərin ilk mərhələsi pis keçməsə də, transferə hələ nöqtə qoyulmadı.

İdman.com.az saytının məlumatına görə, futbolçu öz meneceri ilə birlikdə İstanbulda «Qalatarasaray»ın baş məşqçisi Fateh Terimlə, sükançının köməkçiləri Ümid Davala, Həsən Şaş və klubun idman əlaqələndiricisi Bülənd Tulunla birlikdə yemək masası ətrafında müzakirələr aparıb. Assaidi İstanbulu tərk etsə də, onun yaxın günlərdə bir daha Türkiyəyə dönərək, danışıqların hələ həll edilə bilməyən tərəflərinin müzakirəsini aparacağı gözlənilir.

Mərakeşli futbolçu Niderland çempionatında ötən mövsüm «Heerenven»in formasını 27 oyunda geyinib. Bu matçlarda o, 10 qol vurub və 7 assistentlik edib. Assaidi həmçinin Mərakeş millisinin də formasını geyinir.

Xəbər 1033 dəfə oxundu.