Stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub
Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

Bu barədə Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) rəsmi saytı məlumat yayıb.
ISSF koronavirus pandemiyası səbəbindən Bakıdakı yarışla yanaşı, Hindistanın Yeni Delhi şəhərindəki iki Dünya Kubokunu da ləğv edib.

Qeyd edək ki, Bakıdakı Dünya Kubokunun 22 iyun - 3 iyulda keçirilməsi nəzərdə tutulurdu.

Xəbər 752 dəfə oxundu.