Formula 1 Kanada Qran-prisi təxirə salınıb
Formula 1 Kanada Qran-prisi koronavirus səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar Səhiyyə Nazirliyinin səlahiyyətli şəxslərinin direktivləri və hökumət ekspertlərinin tövsiyələri əsasında qəbul olunub.

Bununla da, Kanada Qran-Prisi mövsümün vaxtında baş tutmayan 9-cu yarışı olub.

Qeyd edək ki, Monreal trasında keçirilməli olan yarış iyunun 12-14-də baş tutmalı idi.

Xəbər 536 dəfə oxundu.