“Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli sərgidən çıxarılır
“Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli sərgidən çıxarılır.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Olimpiya Komitəsi məlumat verib. Onlar ölkədə virusun geniş yayılmasının qarşısını almaq məqsədilə məşəlin açıq sərgisini aprelin 8-dən etibarən ləğv etməyə qərar verib.

Qeyd edək ki, xüsusi fənərdə yerləşdirilən alov aprelin 2-dən 30-dək ictimaiyyətə təqdim olunmalı idi.

Aynurə PƏNAHQIZI

Xəbər 778 dəfə oxundu.