Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər
“Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir”.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri niderlandlı jurnalist Ulav Mol deyib. O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim versiyası hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.

Qeyd edək ki, yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-Prilərinin adlarına isə rast gəlinməyib. Azərbaycan Qran-Prisinin isə oktyabrın 9-11-də baş tutacağı göstərilib.

Aynurə PƏNAHQIZI



Xəbər 532 dəfə oxundu.