İki sərbəst güləşçimiz Olimpiya reytinq siyahısında ilk onluqda qərarlaşıb
Dünya Güləş Birliyi sərbəst güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.

Reytinq siyahısının ilk onluğunda iki güləşçimiz yer alıb. Belə ki, Olimpiya çempionu Şərif Şərifov (97 kq) 40 xalla üçüncü pillədə qərarlaşıb. Cəmaləddin Məhəmmədov (125 kq) isə 34 xalla dördüncü pillənin sahibidir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına sərbəst güləşçilərimizdən yalnız Ş.Şərifov lisenziya qazanıb.

Xəbər 664 dəfə oxundu.