“Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb
Formula 1-də iştirak edən İngiltərənin “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Azsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb İngiltərədə koronavirus pandemiyasının yaratdığı böhrandır. Pandemiyanın yaratdığı maliyyə çətinlikləri üzündən işçilərin məvaciblərində də azalma olub. Belə ki, “Williams” britaniyalı pilot Corc Rassell və kanadalı Nikolas Latviyanın maaşlarının 20 faizini alacağını bildirib. “Racing Point” isə meksikalı Serxio Peres ilə kanadalı Lens Strollin könüllü olaraq məvacibdəki azalmanı qəbul etdiyini bildirib.

Qeyd edək ki, İngiltərə təmsilçiləri qərarın təsir göstərdiyi işçilərinin sayını açıqlamayıb.

Aynurə PƏNAHQIZI

Xəbər 560 dəfə oxundu.