Qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində irəliləyib
Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, siyahı yığmamız üçün uğurlu alınıb. Hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız bir pillə irəliləyərək 26-cı yerə yüksəlib.

Siyahıya Çin voleybolçuları başçılıq edirlər.

Xəbər 651 dəfə oxundu.