"Neftçi" ailəsi mənə doğmadır"
Hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi"də hər şey qaydasındadır. İdman.com.az xəbər verir ki, ötən ay "Qarabağ"dan bayraqdara keçən Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında, geri döndüyü üçün cox xoşbəxt oldugunu bildirib:

""Neftçi" mənim üçün doğma komandadır. Burda 5 il oynadığımdan uyğunlaşmaq sarıdan heç bir problem yaşamadım. Həm də komanda daxilindəki yüksək əhval-ruhiyyə məşqlərə daha yaxşı köklənməyimizə kömək edir. Əsas məqsədimiz odur ki, Çempionlar Liqasının pley-off mərhələsində oynayaq".

Xəbər 1060 dəfə oxundu.