BŞGİBİ "İdea" şahmat klubu ilə birgə onlayn turnir keçirəcək
Aprelin 6-da saat 17:00-da Bakı Şəhər Gənclər və Baş İdarəsi və "İdea" şahmat klubunun birgə təşkilatçılığı ilə online Blitz (5+3) turniri keçiriləcək.

Baş idarənin rəisi Raqif Abbasov “İdman” qəzetinə açıqlamasında bildirib ki, turnir Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən keçirilir və belə yarışlar karantin müddətində davamlı olaraq təşkil ediləcək.

Qalib şahmatçılar mayın 1-də şahmat kitabı ilə mükafatlandırılacaqlar.

Xəbər 870 dəfə oxundu.