Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb
Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.

Reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.


Xəbər 699 dəfə oxundu.