Kapitan hazırlıqdan danışdı
Bakının “Neftçi” klubu Çempionlar Liqasına Türkiyənin Bolu şəhərindəki futbol bazasında hazırlaşır. İdman.com.az-ın məlumatına görə, təlim-məşqdən kapitan Rail Məlikov da razıdır. O, fikrini “ağ-qaralar”ın rəsmi saytına açıqlayıb:

"Hazırda əsasən fiziki göstəricilərimizi yaxşılaşdırmaq istiqamətində məşqlər edirik. Hər kəs məşqlərə ciddi və məsuliyyətlə yanaşır. Çalışırıq ki, məşqçilərimizin verilən tapşırıqları hərtərəfli yerinə yetirək. Qarşıda bizi Avropanın ən nüfuzlu klub turnirində çıxış gözləyir. Ölkəmizi bu yarışda layiqincə təmsil edəcəyimizə inanıram".

Xəbər 1005 dəfə oxundu.