Hind şahmatçılar pandemiya ilə mübarizədə
Hindistanın aparıcı kişi və qadın şahmatçıları ölkələrində pandemiyaya qarşı mübarizəyə qoşulurlar.

Azsport.az saytı xəbər verir ki, Anand, Harikirişna, Vidit, Adiban, Koneru və Dronovallinin hər biri 20 lövhədə onlayn seans keçirəcək. Xeyriyyə məqsədli seans aprelin 11-də chess.com üzərindən baş tutacaq. Partiyaların vaxt nəzarəti 45`+45" olacaq. Məşhur şahmatçılarla oynamaq istəyən müəyyən məbləğ ödəməli olacaq. Belə ki, Anandla oynamaq istəyənlər 150, digərləri ilə oynamaq istəyənlər isə iştirak üçün 25 dollar ödəyəcəklər. Əldə ediləcək vəsait Hindistanda koronavirus pandemiyasına qarşı mübarizə fonduna köçürüləcək.

Xəbər 538 dəfə oxundu.