Rauf Məmmədov onlayn seans keçirəcək
Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov karantin günlərində şahmatsevərlərə gözəl bir sürpriz hazırlayıb.

Azsport.az xəbər verir ki, Rauf Məmmədov aprelin 8-i və 9-da saat 14:00-da onlayn seanslar keçirəcək. Hər seans 50 dəqiqə davam edəcək və hər birinə 25 şahmatçı qatıla biləcək. Seanslar Lichess.org şahmat platforması üzərindən keçiriləcək. Qeydiyyat üçün hər kəs əvvəlcə Lichess.org saytından qeydiyyatdan keçməli, daha sonra orada muisback_club a üzv olub və öz adını, soyadını və Lichess-də olan profilinin nikini Chess.az-ın Feysbuk səhifəsinin inboxuna göndərməlidir. İlk 25 nəfər onlayn seansda iştirak edə biləcək. Turnirin linki isə belədir: https://lichess.org/simul/WOeXN2bC

Rauf Məmmədov şahmatsevərləri seansa dəvət edərkən bunları qeyd edib: "Ümid edirəm ki, biz birlikdə çox gözəl və xoş vaxt keçirəcəyik. Evdə qalın, özünüzü qoruyun və yaxınlarınızı qoruyun!".


Xəbər 549 dəfə oxundu.