MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir
Milli Basketbol Assosiasiyasının (MBA) klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq istəyir.

Bu məsələ aprelin 17-də klub rəhbərlərinin videomüşavirəsində müzakirə ediləcək. Çempionat keçirilmədiyi üçün klublar oyunçuların əməkhaqqını tam həcmdə ödəyə bilmir.

Hətta bəzi mənbələr hələ müzakirələrdən əvvəl bəzi klubların basketbolçulara aprel ayından məvacib verməyəcəyini bildirir.

Xəbər 691 dəfə oxundu.